Məktəbdə silahlı insident - Ölənlərin sayı artdı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Məktəbdə silahlı insident - Ölənlərin sayı artdı (YENİLƏNDİ)

Atəş açan şəxs zərərsizləşdirilib.

ABŞ-ın San-Bernardo şəhərində (Kaliforniya ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə Bernardo şəhərinin polis rəisi Cerrod Burquan məlumat verib.

Hadisənin təfərrüatlarını açıqlayan polis rəsmisi bildirib ki, atəşi 53 yaşlı Sedrik Anderson açıb: “Anderson məktəbdə müəllimə işləyən həyat yoldaşı Eleyn Smiti güllələyib, sonra isə intihar edib. İnsident nəticəsində müəllimənin yanında olan iki şagird yaralanıb. Onlardan biri, 8 yaşlı Conatan Martines xəstəxanada keçinib. Cinayətkarın motivləri müəyyənləşdirilir”. (apa)

***

ABŞ-ın San-Bernardo şəhərində (Kaliforniya ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.

Publika.az xəbər verir ki, atəş açan şəxs zərərsizləşdirilib. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat yoxdur. Bundan əvvəl Bernardo şəhərinin polis rəisi Cerrod Burquan özünün “Tvitter” səhifəsində hadisənin qətlə cəhd və yaxud intihar olduğunu ehtimal edib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm