Hakimin cəsədini çaydan tapdılar
Bizi izləyin

Dünya

Hakimin cəsədini çaydan tapdılar

Nyu York və Nyu Cersi ştatları arasındakı Hudson çayında 65 yaşlı qadının cəsədi tapılıb.

Nyu York və Nyu Cersi ştatları arasındakı Hudson çayında 65 yaşlı qadının cəsədi tapılıb.

Publika.az xəbər verir ki, kimliyi açıqlanan qadının Sheila Abdus Salaam olduğu bildirilib. O, 1991-ci ildə ABŞ-ın ilk qaradərili müsəlman qadın hakimi adını alıb.

Nyu York Polis Təşkilatından verilən məlumatda, Abdus Salaamın New York Ali Məhkəməsinin hakimi olduğu təsdiqlənib.

Hakimin ölüm səbəbinin araşdırılması üçün cəsəd ekspertizaya göndərilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm