Dünya
Aktau limanında konteyner qovşağı yaradılacaq
Çinin Sian şəhərində “Aktau limanında konteyner qovşağının tikintisi” layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin təsis sənədləri imzalanıb.
Publika.az xəbər verir ki, “Qazaxıstan dəmir yolları”nın mətbuat xidməti məlumat yayıb.
Saziş “KTZ Express” ASC (KTJ-nin törəmə müəssisəsi), “Lyanyungan Liman DK” MMC və “Aktau dəniz ticarət limanı ”MŞ” SC arasında bağlanıb.
Konteyner mərkəzinin yaradılması layihəsi hər iki ölkənin hökumətləri tərəfindən dəstəklənib və qlobal “Bir kəmər, bir yol” təşəbbüsünün çərçivəsində həyata keçirilir.
Avrasiya nəqliyyat sisteminin ən mühüm həlqələrindən birinə çevrilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca konteyner qovşağının yerləşməsi marşrutun cəlbediciliyini və tranzit daşımaların həcmini daha da artırmağa imkan verəcək. Həmçinin Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
-
Dünya02:42
6,3 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman02:00
"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNDİ
-
Cənubi Qafqaz01:41
"Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik" - Paşinyan ELAN ETDİ
-
Sosial00:40
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ATA DANIŞDI - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI: praktik qərarlar verməkdə diqqətli olun
-
Region26 Sentyabr 23:48
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? - Məzar açılacaq
-
İdman26 Sentyabr 22:30
"Qarabağ" Londonda problemlə üzləşdi - Matçın vaxtı dəyişə bilər
-
Magazin226 Sentyabr 22:24
O da sevgilisinə cadu edirmiş - FOTO