Türkiyəni 3 gün sonra qan gölünə çevirmək istəyirdilər - DƏHŞƏTLİ PLAN
Bizi izləyin

Dünya

Türkiyəni 3 gün sonra qan gölünə çevirmək istəyirdilər - DƏHŞƏTLİ PLAN

Terror aktlarına hazırlıqda şübhəli bilinir.

Türkiyə təhlükəsizlik gücləri Mersin vilayətində İŞİD terror qruplaşmasının döyüşçüsü ehtimal edilən 12 nəfəri saxlayıb.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, onlar aprelin 16-da keçiriləcək referendumda terror aktlarına hazırlıqda şübhəli bilinir.

Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, terror qruplaşmasının referendum günü terror aktlarına hazırlığı kəşfiyyat məlumatları əsasında müəyyən edilib. Həmçinin müəyyən edilib ki, İŞİD öz döyüşçülərini seçki məntəqələrinə hücüm etməyə çağırıb.

İŞİD-ə qarşı əməliyyat həmçinin Mersin şəhəri, vilayətin Mut və Tarsus mahallarında keçirilib. Saxlanılan şəxslərdən onların İŞİD terror qruplaşmasında iştirakını sübut edən sənədlər və ədəbiyyat götürülüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm