Şimali Koreya lideri Trampa ultimatum verdi: “Nüvə silahı ilə cavab verəcəyik”
Bizi izləyin

Dünya

Şimali Koreya lideri Trampa ultimatum verdi: “Nüvə silahı ilə cavab verəcəyik”

Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampı ağıllı olmağa çağırıb.

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) Kim Çen In bu gün paytaxt Pxenyanda təşkil edilən hərbi paradda ABŞ-a ultimatum verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampı ağıllı olmağa çağırıb:

“Biz istənilən döyüşə, müharibəyə hazırıq. Bizə qarşı istənilən hücuma layiqli cavab verməyə qadirik. Əgər ABŞ bizə qarşı nüvə silahından hücum edərsə, biz nüvə silahı ilə adekvat cavab verəcəyik. Buna heç kəsin qəti şübhəsi olmasın”.

Qeyd edək ki, bu gün Şimali Koreyada keçirilən hərbi paradda ilk dəfə olaraq nüvə başlığı daşıyan raketlər və ballistik silahlar da nümayiş etdirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm