1 tona yaxın kokain müsadirə edildi
Bizi izləyin

Dünya

1 tona yaxın kokain müsadirə edildi

Hadisə ilə əlaqədar 4 nəfərin tutulduğu bildirilir.

Kosta-Rikanın sahil mühafizəsi qüvvələri 1 tona yaxın kokain müsadirə edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər nazirliyinin məlumatında deyilir.

Narkotik maddələr Şimali Amerika istiqamətində üzən gəmidə xüsusi əməliyyat nəticəsində aşkar edilib. Hadisə ilə əlaqədar 4 nəfərin tutulduğu bildirilir. Onların hamısı Kosta-Rika vətəndaşlarıdır.

Bildirilir ki, əməliyyat Kosta-Rika və ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm