Kiyevdə neft bazasında partlayış
Bizi izləyin

Dünya

Kiyevdə neft bazasında partlayış

Partlayış nəticəsində yanğın olmayıb.

Ukraynanın Kiyev vilayətinin Vişnyovoe şəhərində yerləşən neft bazasında partlayış baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, partlayış səsi sisternli avtomobil dizel ilə doldurulduqdan sonra eşidilib.

Partlayış nəticəsində yanğın olmayıb. Bazanın bir əməkdaşı xəsarət alıb. O, hadisə baş verən zaman sisternin üzərində olub. Yaralı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, polis "yüksək təhlükəli işin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm