Əhmədinejad prezident seçkilərinə buraxılmadı
Bizi izləyin

Dünya

Əhmədinejad prezident seçkilərinə buraxılmadı

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək.

İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada prezident seçkilərində iştirak etməyə icazə verilməyib.

Trend-in məlumatına görə, Əhmədinejad apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib.

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək. Prezident seçkiləri mayın 19-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm