Lukaşenko SSRİ təcrübəsin xatırlatdı: “Hər kəsi...”
Bizi izləyin

Dünya

Lukaşenko SSRİ təcrübəsin xatırlatdı: “Hər kəsi...”

“Ölkəyə yeni konsepsiya lazımdır: hər kəsi işləməyə məcbur etmək".

“Ölkəyə yeni konsepsiya lazımdır: hər kəsi işləməyə məcbur etmək. Bunun üçün sovet dövrünün təcrübəsi var”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Belaruss prezidenti Aleksandr Lukaşenko parlament qarşısında çıxışı zamanı deyib.

Lukaşenko daha əvvəl bildirib ki, milyonlarla insanın işlədiyi halda 300-350 min insanın işləməməsini anormal vəziyyəti hesab edir.

Belarus prezidenti bunun qarşısını almaq üçün 2015-ci ilin aprelində “Müftəxorluq haqqında dekret”i imzalayıb. Sənəd işləməyən, vergi ödəməyib büdcənin formalaşmasında iştirak etməyən, amma sosial xidmətlərin istehlakçıları olan və əmək qabiliyyətli vətəndaşların müftəxorluğa görə vergi verməyə məcbur edilməsini nəzərdə tutur. Sənədə əsasən, bu kateqoriyadan olan insanlar büdcəyə 200 dollardan çox ödəməlidir.

Hakimiyyət hesab edir ki, Belarus 400 min vətəndaş işləmir və vergi ödəmir. 2017-ci ilin yanvarında Vergilər Nazirliyi vergi orqanlarının “müftəxorlar”ın vergi ödənişinə dair təxminən 400 min bildiriş göndərdiyini açıqlayıb.

Bu ilin yanvarında sənədin ləğvi üçün imzatoplama kampaniyası başlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm