Spiker Putinin varisidirmi? - Kremldən CAVAB
Bizi izləyin

Dünya

Spiker Putinin varisidirmi? - Kremldən CAVAB

“Sözsüz ki, burada araşdırma üçün heç bir predmet yoxdur".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin prezident Vladimir Putinin varisi olması barədə xəbərləri şərh edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Kremlin sözçüsü xəbərləri dedi-qodu adlandırıb.

“Sözsüz ki, burada araşdırma üçün heç bir predmet yoxdur. Həm də, prezident bu məsələyə kifayət qədər aydın reaksiya verdi. Burada çətin ki, müzakirələr və dedi-qodular üçün hansısa əsas ola bilər. Burada hər şey son dərəcə aydındır”, - Peskov deyib.

Daha əvvəl Rusiya prezidenti bildirib ki, yalnız xalq dövlət başçısının varisini seçə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm