Baş nazirin korteji qəza törətdi: bir ölü
Bizi izləyin

Dünya

Baş nazirin korteji qəza törətdi: bir ölü

Bu, yerli sakinlərin qəzəbinə səbəb olub.

Haitinin baş naziri Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub.

Publika.az xəbər verir ki, qəzaya düşən yeniyetmələrdən biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Hadisə ölkənin cənub-qərbində Le-Kе şəhərində baş verib. Məlumata görə, qəza yeniyetmələr motosikletlə hərəkət edərkən baş verib. Yaralı gənci vertolyotla ölkənin paytaxtı Port-o-prensə gətirilib
Kortej hadisədən sonra hərəkətini dayandırmayıb. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar etiraz olaraq avtomobil şinləri yandırmağa başlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm