Dünya
On dəqiqə ərzində ölkə məhv olacaq – Rusiyadan DƏHŞƏTLİ PROQNOZ
“Əgər Koreya Xalq Demokratik Respublikası Yaponiyaya tərəf nüvə raketi buraxarsa, çoxu üçün xilas olmaq praktik olaraq mümkün olmayacaq”.
Publika.az xəbər verir ki, bunu Rusiya KİV-nə müsahibəsində hərbi ekspert, Rusiya Raket-artilleriya Elmləri Akademiyasının müxbir üzvi Konstantin Siskov deyib.
Sivkovun sözlərinə görə, nüvə zərbəsinə hazırlaşmağa və sığınacaq tapmağa ölkənin bütün sakinləri üçün 10 dəqiqə açıq-aydın kifayət etməyəcək. Ekspert bildirir ki, xilas olmaq şanslarına yalnız küçədə olan, yaxud da binaların birinci və ikinci mərtəbələrində yaşayan insanlar malik olacaq.
“Siz yeddinci və ya səkkizinci mərtəbədə qalırsınızsa, xilas olmağa vaxt tapmayacaqsınız. Yalnız birinci və ikinci mərtəbələrdə olan insanlar xilas ola biləcək və sığınacaqlarda gizlənməyə vaxt tapacaqlar. Təbii ki, əgər onlar açıqdırsa”, - o bildirib.
Ekspert əmindir ki, Yaponiya hökuməti öz əhalisinin müdafiəsi üzrə tədbirlər görür. Amma o əlavə edib ki, hətta buna baxmayaraq, qurbanların miqdarı böyük olacaq.
“Şəhərlərin meqapolisləri təşkil edir. Onlar əsasən şüşə və betondan olan yüksək binalarla tikilib. Nüvə partlayışları zamanı belə göydələnlərin dağılma zonası on dəfəyə qədər böyüyür. Onlar domino effekti yaradacaqlar. Bir bina dağılarsa, onun arxasınca başqaları da dağılacaq”, - ekspert vurğulayıb.
Siskovun sözlərinə görə, nüvə zərbəsi halında ən yaxşı sığınacaqlardan biri metro olacaq. Ancaq, o qeyd edir ki, insanların çoxluğu ilə əlaqədar burada da hamının xilas olmaq şansı olmayacaq.
“Bu gün nüvə müharibəsi realdır”, - Konstantin Siskov yekunlaşdırıb.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR