Tillerson həqiqəti açıqladı: “Mənim Moskva səfərimdə...”
Bizi izləyin

Dünya

Tillerson həqiqəti açıqladı: “Mənim Moskva səfərimdə...”

“Aprel ortasında Rusiyaya səfərimdə Moskva və Vaşinqton arasındakı heç bir məsələ həll edilmədi”.

“Aprel ortasında Rusiyaya səfərimdə Moskva və Vaşinqton arasındakı heç bir məsələ həll edilmədi”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson NPR radiostansiyasına müsahibəsində deyib.

“Biz o görüşdə heç nəyi həll etmədik. Rusiya müəyyən etməlidir ki, qlobal dünya nizamının pozitiv hissəsi olmaq istəyirmi?” – ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Tillerson 11-12 aprel tarixlərində Moskvada səfərdə olub. O, rus həmkarı Sergey Lavrov və prezident Vladimir Putinlə görüşüb.

ABŞ prezidenti Donald Tramp Tillersonun Moskva səfərindən razılığını ifadə etmişdi. Prezident qiymətləndirməsinə görə, dövlət katibi “nəhəng iş” görüb. Kremldən isə bildiriblər ki, Vladimir Putin Tillersona Rusiya və ABŞ arasında münasibətlərin pisləşməsinin səbəblərini izah edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə danışıqları konstruktiv adlandırdı, amma qeyd etdi ki, ölkələr arasındakı münasibətlərdə irəliləyiş haqqında danışmaq hələ tezdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm