Dünya
ABŞ-ın verdiyi medalı rədd edən, 4 alman zabitini təkbaşına əzişdirən TÜRK HƏRBÇİSİ - (YENİLƏNDİ)
Türkiyə Ordusunun Xüsusi Təyinatlılarında xidmət edən bir zabit yüksək uğurlarına görə ona medal vermək istəyən ABŞ-ın təklifini rədd edib.
Hadisə mayın 10-da çərşənbə axşamı, İncirlik hərbi bazasında, İŞİD-lə mübarizə koalisiyasının qərargahında baş verib.
Qərargahda keçirilən mərasimdə, göstərdiyi yüksək nailiyyətlərə görə bir türk zabitinə ABŞ tərəfindən medal təqdim ediləcəkdi.
Mərasimdə çıxış edən, adı açıqlanmayan türk zabiti “Sizin verdiyiniz medalı qəbul etməyim mümkünsüzdür” deyib. Türk zabiti medalı qəbul etməməsinin səbəbi kimi ABŞ-ın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyi göstərib.
“Türkiyə olaraq gözəl işlərə nail olduğumuzu düşünürəm. Bunların ən əhəmiyyətlisi də Əl-Bab əməliyyatı zamanı heç bir mülki itki və dost atəşi ilə vurulma hadisəsinin olmamasıdır. Lakin xəritəyə baxdıqda Suriya və İraqda bu cür itkilər baş verir. Bu da Türkiyənin bu işdə doğru-dürüst olduğunu göstərir. Bu medalı verənlər mənim düşmənim olan PKK/YPG ilə əməkdaşlıq edirlər. Şərəfim bu medalı qəbul etməyimə imkan vermir” deyə türk zabiti qeyd edib.
Bundan sonra, türk zabiti tədbiri tərk edib.
İncirlik hərbi bazasında ABŞ-ın ona verdiyi medalı qəbul
etməyən türkiyəli xüsusi təyinatlı zabitin kimliyi məlum olub.
Publika.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki,
amerikalıların medalından imtina edən zabit türk ordusunun
polkovniki Orkun Özellerdir.
Orkun PKK-ya qarşı döyüşüb, “Fərat qalxanı” əməliyyatında iştirak
edib. Vaxtilə Kosovada sülhməramlı olaraq təmsil olunub. Onun
Kosovada 4 alman əsgərinin başına açdığı oyun məşhurdur:
2003-cü il: Süleymaniyədə 11 türk əsgərinin amerikalılar tərəfindən
həbs olunması hadisəsi gündəmdən düşmürdü. Həmin vaxt Kosovada 4
alman zabitinin bir türk zabitinə hücum etdiyi haqda da məlumatlar
yayıldı. Bu türk zabit Orkun Özeller olub. Gecə saatlarında alman
zabitlər şəhərin mərkəzində Şadırvan körpüsünü keçən türk zabit
Özelleri sorğu-suala tutmaq istəyir. Onun silahını zorla almaq və
özünü maşına mindirmək istəyərkən, dava düşür. Özeller 4 alman
zabitini döyür, daha sonra hadisəyə yerli sakinlər qarışır.
Kosovalılar türk zabiti müdafiə edirlər. Türk zabiti və kosovalılar
4 alman zabitini şəhərin küçələrində qovmağa başlayırlar. Almanlar
sonda kilsəyə sığınaraq, xilas olur.
Asif
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…













.jpg)
.jpg)




















