Cəlalabad teleradio binasına HÜCUM: ölənlərin sayı açıqlandı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Cəlalabad teleradio binasına HÜCUM: ölənlərin sayı açıqlandı (YENİLƏNDİ)

Məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) silahlılar dövlət televiziyasının binasına hücum edib.

Hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.

Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

***

Əfqanıstanın Cəlalabad şəhərində naməlum silahlılar dövlət teleradio şirkətinin binasına silahlı hücum ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Tolo News” telekanalı bildirib.

Məlumata görə, hazırda təhlükəsizlik gücləri ilə silahlılar arasında toqquşma davam edir. Binanın yaxınlığında partlayışın baş verdiyi deyilir.

Zərərçəkənlər və qurbanlar haqqında informasiya yoxdur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm