Tramp Rusiya və Çinə “işləyir” - ABŞ-dan ETİRAF
Bizi izləyin

Dünya

Tramp Rusiya və Çinə “işləyir” - ABŞ-dan ETİRAF

ABŞ prezidenti Donald Trampın siyasi addımları Rusiya və Çinin qələbəsinə imkan yaradır və Amerikanin dünya liderliyinin itirilməsinə gətirib çıxarır.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Süzan Rays “New York Times” nəşrində dərc olunan məqaləsində bildirib.

“O şoka salan sürətlə bizim əsas ittifaqlarımıza mane olaraq, Amerika dəyərlərini rədd edərək və ABŞ-ın dünya liderliyindən imtina edərək xaosu əkdi. Bu, Rusiya və Çin üçün böyük qələbədir. Prezident faktiki olaraq bütün dünyaya qarşı çıxaraq ABŞ-ı Paris razılaşmasından çıxardı. Avropa və Çinin Paris razılaşmasına baxışı vahiddir, halbuki ABŞ təcrid edilib”, - Rays qeyd edib.

Onun sözlərinə görə, Trampın son qərarı faciəvidir və ABŞ-ın qlobal müharibədən sonrakı liderliyi üçün zərbədir: “Rəqiblər liderliyi bizdən almadılar, biz onu iqtisadi böhran və ya imperiyanın dağılması nəticəsində itirmədik. ABŞ bu liderliyi könüllü verdi, çünki biz oyundan çıxdıq”.

Raysın fikrincə, Amerika siyasətçiləri və vətəndaşları müttəfiqlərə nümayiş etdirməlidir ki, ABŞ dünya liderliyini güzəştə getməyə hazırlaşmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm