Dünya
10 yaşlı Mələyi 73 yaşlı kişiyə ərə verdilər
Qızımın vur-tut 10 yaşı var. Atasına nə qədər yalvardım, yaxardım, ağladım, özümü öldürəcəyimi dedim, xeyri olmadı. Qızımı o qoca kaftara ərə verdi. Mən də məcbur olub qızımla birlikdə evdən qaçdım.
10 yaşlı Mələk və anası Nəsrin Yəmənin paytaxtı Sənadakı "Yəmən Qadınlar İttifaqı"nın binasına sığınıblar.
31 yaşlı Nəsrin Səbbahın dediyinə görə, əri, 37 yaşlı İsmayıl Səbbah pula görə 10 yaşlı qızı Mələyi 73 yaşlı Caber Münzimə ərə vermək istəyib.
"Caber və qohumları, onun oğulları yığışıb qızıma elçi gəlmişdilər. Mən qətiyyətlə "Yox!" desəm də, ərim razılaşdı. O, qızımı bu qocaya ərə verəcəyini dedi", - Nəsrin söyləyib.
Səbbah ailəsi həddən ziyadə kasıb olduğundan, onların pula ehtiyacı vardı.
72 yaşlı Caber Munzim isə 10 yaşlı Mələk üçün qızın atasına 780 min Yəmən riyalı, yəni təqribən 2 min ABŞ dolları təklif etmişdi.
Nəsrin çox narahatdır.
"Ərim sakitləşən deyil. Qorxuram ki, o, qızımı buradan oğurlaya və başqa qoca kişiyə sata. Mələk uşaqdır. O, oxumalı, təhsil almalıdır. 10 yaşlı qız kiminsə arvadı ola bilməz, olmamalıdır. Yeganə məqsədim qızıma təhsil verməkdir. İki ildir ki, qızım oxumur", - Nəsrin deyib.
UNİCEF-in son hesabatına görə, Yəmənin 6 vilayətində evli xanımlar arasında sorğu keçirilib. Qadınların 72 faizi bildirib ki, 18 yaşına çatmamış ərə veriliblər. Yəmənli qadınların 44 faizi isə 15 yaşına çatmamış zorla ərə verildiklərini söyləyiblər. (milli.az)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi