Qətər böhranına səbəb olan YENİ MÜHARİBƏ
Bizi izləyin

Dünya

Qətər böhranına səbəb olan YENİ MÜHARİBƏ

“Qətər böhranının səbəblərindən biri mayeləşdirilmiş qazdır (LNG). Hazırda dünyada boru xətləri ilə daşınan təbii qazla yanaşı, LNG üzərində də müharibə gedir”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyənin Kadir Has Universitetinin professoru Volkan Ediger Qətər böhranını şərh edərkən deyib.

Onun sözlərinə görə, Qətər böhranının yaranma səbəbi məhz qaz müharibəsidir: “Son dövrlər ABŞ və Avstraliya LNG-də bazar payını artırmaq istəyir, Rusiya isə təbii qaz bazarında mövqeyini qorumağa çalışır. Boru xətləri ilə daşınan qaz quruda, LNG isə dənizdə əsas faktordur. Ən böyük LNG bazarı Uzaq Şərqdir. Bu bölgəyə yaxın olan Avstraliya ABŞ-ın dəstəyi ilə bazara girmək istəyir, burada Amerikanın da öz payı var. Buna görə də bazardakı oyunçuları bir-bir sıxışdırmaq istəyirlər. Qətərin hədəf seçilməsində bu faktor da rol oynayır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm