“Uşaqlarımdan ehtiyat edirdim...” - Putin Yeltsinin kabinetində aldığı TƏKLİFDƏN DANIŞDI
Bizi izləyin

Dünya

“Uşaqlarımdan ehtiyat edirdim...” - Putin Yeltsinin kabinetində aldığı TƏKLİFDƏN DANIŞDI

Amerika “Showtime” kabel telekanalında amerikalı rejissor Oliver Stounun “Putinlə müsahibə” filminin birinci hissəsi çıxıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu hissədə Rusiya prezidenti sələfi Boris Yeltsinin ona baş nazir postunu təklif etməsindən və Rusiya-Amerika münasibətlərindən danışıb.

Bundan başqa, dövlət başçısı SSRİ-nin dağılması barədə fikirini izah edib (Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi faciəsi adlandırmışdı - red.) Həmçinin, Rusiya lideri öz qızları və nəvələrindən danışıb.

Prezident qeyd edib ki, Sovet İttifaqının dağılması haqqında fikirləri ilə əlaqədar öz ünvanına tez-tez tənqid eşidir.

“Birincisi, Sovet İttifaqının dağılmasından sonra bir gecədə 25 milyon rus insanı xaricdə qaldı. Beləliklə, XX əsrin ən böyük faciələrindən biri reallaşdı. Bir müddətdən sonra ölkədə genişmiqyaslı vətəndaş müharibəsi başlandı. Həmin vaxt bizim sosial müdafiə sistemi tamamilə dağıdılmışdı, iqtisadiyyatın bütöv sahələri tam dayandırılmışdı, faktiki olaraq səhiyyə sistemi dağıdılmışdı, ordu acınacaqlı vəziyyətə düşmüşdü, milyonlarla insan kasıbçılıq həddində idi”, - prezident əlavə edib.

Putin bildirib ki, Boris Yeltsinin ona təklif etdiyi baş nazir postunu dərhal qəbul etməyib. Onun sözlərinə görə, o təklifdən imtina edib, çünki öz uşaqlarından ehtiyat edirdi, onun işdən çıxarılması halında uşaqlar mühafizəsiz qalardılar.

“Yelsin birinci dəfə mənə təklif edəndə, imtina etdim. O məni öz kabinetinə dəvət etdi və dedi ki, məni baş nazir təyin etmək istəyir və istəyərdi ki, daha sonra prezidentliyə namizəd olum. Mən dedim ki, bu çox böyük məsuliyyətdir, bu, mənim bütün həyatımı dəyişməlidir və mən buna hazır olduğuma əmin deyiləm”, - Putin deyib.

ABŞ-Rusiya münasibətləri haqqında

Putinin fikrincə, SSRİ-nin dağılmasından sonra amerikalıların başlarında tam illüziya yarandı. Rusiya liderinin sözlərinə görə, belə fikirlər ABŞ-da imperiya düşüncəsini yaratdı və xarici siyasətdə uyğun dəyişikliklərə gətirib çıxardı.

Prezident bildirib ki, Amerika hakimiyyəti Çeçenistan Respublikasında terrorçulara maliyyə və hərbi dəstək göstərirdi. Putinin sözlərinə görə, ABŞ döyüşçülərə hətta siyasi köməyi gizlətmirdi. O bildirib ki, bununla bağlı əllərində sübutlar var və onlardan bəzilərinin amerikalı həmkarlarına təqdim ediblər.

Dövlət başçısı əlavə edib ki, ABŞ Rusiyada daxili siyasət vəziyyətinin pisləşməsi üçün terror qruplaşmalarından istifadə etməyə davam edir.

“Soyuq müharibə” keçmişə qaldı. Biz bütün dünya ilə, Avropa və ABŞ-la aydın və şəffaf münasibətlərə ümid edirdik. Amma bunun əvəzinə gördük ki, Amerika xüsusi xidmət orqanları terrorçuları dəstəkləyir”, - Putin əlavə edib.

Putin həmçinin deyib ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək və ölkə rəhbərliyini əvəz etmək niyyətindədir. Kreml lideri bunu səhv siyasət adlandırıb.

Prezident həmçinin təqaüdə çıxandan sonra Amerikanın Rusiya barəsində strategiyasından təfərrüatı ilə danışacağına söz verib.

Ailəsi haqqında

Putin müsahibədə əsas həvəslərindən biri – cüdo haqqında danışıb. Prezident bildirib ki, bu idman növü onun həyatını dəyişdirib.

Həmçinin Putin bildirib ki, nəvələrini çox sevir, amma onlarla oynamaq nadir hallarda alınır. Bundan başqa, dövlət başçısı bildirib ki, qızları ilə fəxr edir. Rusiya prezidentinin sözlərinə görə, onun qızları siyasətlə və ya böyük bizneslə bağlı deyillər, elm və təhsillə məşğul olurlar.

Bundan başqa, rejissorla söhbətində Putin valideynlərindən danışıb. Prezident bildirib ki, atası zavodda mexanik işləyirdi: “Bundan sonra onu Leninqrad cəbhəsinin ən təhlükəli sahələrindən birinə göndərdilər”.

O qeyd edib ki, anadan olmasına qədər valideynləri iki uşaq itiriblər. Onlardan biri müharibə zamanı, digəri isə Leninqradda blokada zamanı həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm