Misir polisi üç terrorçunu məhv etdi
Bizi izləyin

Dünya

Misir polisi üç terrorçunu məhv etdi

Yaşayış məntəqələrinin birində mənzildə gizlənirlərmiş.

Misir polisi İskəndəriyyə şəhərinin yaxınlığında "Müsəlman qardaşları" hərəkatının qolu sayılan "Xəsm" terror qruplaşmasının üç üzvünü məhv edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Axtarışa verilmiş terrorçular İskəndəriyyənin yaşayış məntəqələrinin birində mənzildə gizlənirlərmiş.

Terrorçular silahdan atəş açmağa və polisdən yayınmağa cəhd etdikdə qanun keşikçiləri onlara atəş açmaq qərarına gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm