• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Beş dövlətin QORXUNC PLANLARI: bəşəriyyətin sonunu gətirəcək BÖYÜK TƏHLÜKƏ - VİDEO

  • Dünya
  • 24 İyun 2017 14:08
  • 1 399 Baxış
Beş dövlətin QORXUNC PLANLARI: bəşəriyyətin sonunu gətirəcək BÖYÜK TƏHLÜKƏ

Onlar daha kiçik ölçülərə və ən böyük dəqiqliyə malikdirlər: tədqiq edilmiş nüvə döyüş başlıqları dünyada nüvə tarazlığında inqilabı edə bilər. Nüvə silahının yeni nəsli dünya səhnəsinə çıxmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda İtaliyanın “Corriere Della Sera” nəşri yazıb.

Mövcud döyüş başlıqlarının tədricən köhnəlməsi böyük dövlətləri nüvə arsenalının genişmiqyaslı və radikal yenilənməsinə itələyir. Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa və Böyük Britaniya (“Nüvə klubu”na daxil olan ölkələr –red.) artıq faktiki olaraq nüvə arsenalının müasirləşməsini həyata keçirirlər. Hədəf “etibarlı və təhlükəsiz” təchizatın təminatıdır. “Nüvə klubu”na daxil olmayan ölkələrə gəlincə, Hindistan, Pakistan, İsrail və Şimali Koreya da həmçinin yeni müxtəlif taktik" potensialı inkişaf etdirirlər. Və bu, regionlarda döyüş əməliyyatları zonalarında onun tətbiqi ehtimalını göstərir.

ABŞ

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI)məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var. 2009-cu ildə hakimiyyətə dünyanı nüvə silahından azad edəcəyi barədə vədlə gələn Barak Obama onun müasirləşdirilməsi proqramını təsdiqlədi. Yeni prezident Donald Tramp administrasiyası nüvə arsenalının bütün triadasının - yerüstü, hava və sualtı silahlarının yenilənməsini nəzərdə tutur: “Ohayo" sinfindən olan 14 sualtı gəminin əvəzlənməsi, B-52 və B-2 bombardmançılarının müasirləşdirilməsi, həmçinin “Trident D-5” və Minuteman III” sistemlərinin yenilənməsi. B61-12 bombası yeni arsenalın əsas qüruru olub. Pentaqonun versiyasına görə, B61-12 bombaların dörd müxtəlif növünü əvəz edəcək.

Rusiya

2016-cı ilin məlumatlarına görə, Rusiyanın 7290 döyüş başlığı var. Moskva dünyada ən geniş, amma ən müasir olmayan nüvə arsenalına malikdir. Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi doktrinasında nüvə komponentinin əhəmiyyətli rolunu təsdiq edib. Nüvə arsenalının müasirləşdirilməsi proqramın mərkəzində yeni SS-27-2 və ya “Yars” qitələrarası raketlər, həmçinin MIRV texnologiyasına (Multiple Independent Re-entry Vehicle/ sərbəst tuşlanan bloklara və ayrılan başlıq hissələrinə malik) əsaslanan raketlər yer alır. ABŞ-ın fikrincə, bu sistemlər 2010-cu ildə Praqada ABŞ və Rusiya arasında imzalanmış SNV-III razılaşmasını pozur. Rusiya və ABŞ arasında müqavilə 2010-cu ilin aprelində imzalanan razılaşma 1991-ci il SNV-1 razılaşması və 2002-ci il strateji hücum potensialının ixtisarı (DSNP) haqqında müqaviləni əvəz edib. 5 fevral 2011-ci ildə qüvvəyə minən SNV-3 strateji hücum silahlarının ixtisarı və sayının məhdudlaşdırılmasını nəzərdə tutur. Silahların başqa növləri – SS-30 “Sarmat” və döyüş sualtı gəmilərinin yeni nəsli hazırlanma mərhələsindədir. Tu-160 və Tu-95MS bombardmançılarının müasirləşdirilməsi nəzərdə tutulur.

Çin

2016-cı ilin məlumatlarına görə, 250 nüvə döyüş başlığına malik olan Çin öz potensialını genişləndirmək niyyətindədir. Çinin dünya ambisiyaları, ən azından texnologiyalar üzrə ABŞ-ın səviyyəsinə çıxmaq cəhdi, qonşu Hindistan və Rusiya ilə rəqabəti, narahatlıq, qarşısı alınmaz Şimali Koreya Pekini genişmiqyaslı tədqiqatlara və çox sürətli sistemlərin inkişafına itələyir. Çin öz monoblok raketlərini yeni nəsillə əvəz edəcək. Bunun üçün xərclənən Çin büdcəsinin həcmi məlum deyil, ancaq proqramların miqyasının olduqca nəhəng olduğu bildirilir.

Fransa

Yeni sualtı döyüş gəmiləri və “Triumfan” sinfinin varisləri 2035-2048-ci illərdə istismara qəbul edilməlidir. Eyni zamanda, Paris M51 qitələrarası raketləri və “Rafale” qırıcılarından buraxılan ortamənzilli ASMP raketlərini müasirləşdirir. Sonuncular “Şarl de Qoll” təyyarədaşıyanı kimi 2040-cı ilə kimi əvəz ediləcək. Ancaq Fransa sərəncamında olan nüvə döyüş başlıqlarının miqdarını 300-ə qədər (mövcud səviyyə) məhdudlaşdırmaq niyyətindədir.

Böyük Britaniya

Bir il əvvəl London 215 nüvə döyüş başlığına malik idi. Britaniya hökuməti “Venqard” sinfindən olan gəmilərin əvəzlənməsi üçün dörd yeni atom sualtı gəmisinin tikintisini elan edib. İnvestisiyalar 46 milyard avro təşkil edir. Sualtı gəmilərdə “Trident” raketləri yerləşdiriləcək.

Geosiyasi mənzərə

Geosiyasi şəkil yaxşı heç nə vəd etmir. Şimali Koreyanın nüvə proqramının sürətlənməsi vəziyyətə növbəti qeyri-sabitlik elementi gətirir. Bundan başqa, əgər Tramp administrasiyası İranı atom bombasının yaradılmasından çəkinməyə məcbur edən razılaşmadan imtina edərsə, Tehranı bu şərtə riayət etməyə saxlayan heç bir səbəb olmayacaq. Nəticədə, Yaxın Şərqdə görünməmiş nüvə silahlanması yarışı başlaya bilər. Ancaq silahlanma üzrə yeni yarışın perspektivi ilk növbədə Ukrayna böhranı və Krımın zəbt edilməsindən sonra yaranmış gərginliyin hesabına yaradılır. İstənilən hərbi qarşıdurmadan sonra Almaniyadan Yaponiya və Səudiyyə Ərəbistanına (nüvə silahlarına malik olmayan, amma onun yaradılması üçün texniki bazaya malik olanlar) qədər öz hərbi arsenalını nüvə silahı ilə təchiz etmək istəyəcəklər.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR