Dünya
Putin sirr kimi saxladığı əsgərlərini döyüş meydanına çıxarır – MƏXFİ PLAN
Rusiyadakı özəl təhlükəsizlik şirkətlərinin xarici
ölkələrdə fəaliyyət göstərməsinə icazə verən qanunun qəbul
edilməsinin səbəbi bəlli olub.
Publika.az xəbər verir ki, məqsəd Suriyadakı təbii qaz və
neft ehtiyatlarıdır.
Ötən il Suriyanın neft və mədən sənayesi naziri Ali Ganim Humus
bölgəsindəki təbii qaz yataqlarının işlədilməsi ilə bağlı Rusiyanın
“Europolis” firması ilə müqavilə imzalayıb. Bu yaxınlarda Tedmür
bölgəsindəki neft yataqları ilə bağlı da eyni anlaşma
imzalanıb.
“Yeni Şəfəq” qəzeti yazır ki, Tedmür nefti ilə bağlı anlaşmadakı
şirkətlərin biri də “Europolis”dir. Şirkət Rusiya prezidenti
Vladimir Putinin ən yaxın adamlarından olan Mixail Karyapovun
“Stroytransgas” şirkəti ilə ortaqdır. “Europolis” Tedmürdə zəngin
neft yataqlarının təhlükəsizliyini qoruyacaq. Müqaviləyə görə,
şirkət 5 il ərzində bu yataqlardakı neftin 25 faizini alacaq.
“Europolis” şirkətinin kimə məxsus olduğu da müəmmalıdır. Rəsmi
qeydlərə görə, şirkət Putinin daim yemək yediyi restoranlardan
birinin sahibi Yevgeni Priqozinendir. Dolayısı ilə Putinə bağlı
olan şirkətin əməkdaşları Suriya və Ukraynada döyüşən rus
hərbçilərlə bağlantıları var. Şirkətin yeganə işçisi və rəhbəri bir
nəfərdir.
Bu şirkət ABŞ-ın “Blacwater” şirkətinə bənzəyir. Amerika şirkəti
muzdlu əsgərlərdən istifadə edərək, Vaşinqtonun bir çox planını
həyata keçirir. Hesab olunur ki, Putin də eyni üsuldan istifadə
edərək, Suriyanın zəngin neft ehtiyatlarından böyük pay almaq
istəyir.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu