
Dünən Meksikanın Sinaloa ştatında polislə silahlı şəxslər arasında atışma olub.
Publika.az xəbər verir ki, polis əməkdaşları silahlı şəxslərin rəqabət apardıqları digər cinayətkar dəstənin iki üzvünü öldürərkən hadisə yerinə gəliblər.
Silahlılar üçün həmin an hadisə yerinə çoxlu sayda polisin gəlməsi gözlənilməz olub. Atışma zamanı 19 silahlı ölüb, 5 polis yaralanıb.