Suriyalılar İstanbulda qanlıbıçaq oldular - VİDEO
Bizi izləyin

Dünya

Suriyalılar İstanbulda qanlıbıçaq oldular - VİDEO

İstanbulun Baxçalıevlər məhəlləsində suriyalı iki qrup arasında qanlı dava olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb kimi tərəflər arasındakı anlaşılmazlıq göstərilib.

Dava həvəskar kamera tərəfindən anbaan videoya çəkilib. Görüntülərdə içərisində qadın da olan qrupun bir nəfəri döydüyü ortaya çıxıb. Daha sonra qruplar taxta parçaları və bıçaqdan istifadə ediblər.

Ətrafdakı sakinlər dava edənləri sakitləşdirmək istəsələr də, buna nail ola bilməyiblər və hadisə yerinə polis çağırıblar.

Polisin müdaxiləsindən sonra dava sona çatıb və yaralılar xəstəxanaya yerləşdirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm