Dünya
İmmiqrasiya üçün ideal ölkələrin REYTİNQİ
"U.S. News and World Report" təşkilatı immiqrantlar üçün 10 ən yaxşı ölkənin reytinqini açıqlayıb.
Hesabat bu ölkələrdəki iqtisadi sabitlik, gəlirlərin bərabərliyi və əmək bazarı kimi parametrlər əsasında təşkil edilib. Nəticədə, 21 000 iş adamı arsında aparılan sorğu əsasında hesabat hazırlanıb.
Hesabatda həmçinin Dünya Bankının və BMT-nin miqrasiya və pul köçürmələri ilə bağlı məlumatlarından istifadə edilib. Beləliklə, immiqrasiya üçün ən yaxşı ölkə İsveç seçilib. Sonrakı yerləri müvafiq olaraq Kanada, İsveçrə, Avstraliya, Almaniya, Norveç, ABŞ, Hollandiya, Finlandiya və Danimarka tutub.
Reytinqdə Yaxın Şərqdən ən yüksək reytinqi Birləşmiş Ərəb Əmirlikləri alıb. O, reytinqdə 15-ci sırada qərarlaşıb. Asiya regionunda ən yaxşı reytinq Sinqapur (18), Latın Amerikasında Braziliya (32), Afrikada isə Cənubi Afrika Respublikasına (45) məxsus olub.
Qeyd edək ki, Rusiya reytinqdə 24-cü yeri tutub. Buna səbəb immiqrantlar tərəfindən öz ölkələrinə rahat pul köçürmələri həyata keçirmələri olub. (report)
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

































