Dünya
Kreml separatçı quruma lider tapdı – İŞĞAL PLANI
Ukraynanın sabiq baş naziri Nikolay Azarov birləşdirilmiş “LXR/DNR”in (Luqansk və Donetsk “xalq respublikaları” – red.) başçısı ola bilər.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə şərhində “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukraynanın xalq deputatı Dmitri Tımçuk deyib.
Onun sözlərinə görə, Donbasın əhalisinin müəyyən hissəsi onu hələ də qanuni rəhbər kimi qəbul edir.
“İnformasiyaya görə, o, birləşdirilmiş “LXR/DNR”ə rəhbərlik edəcək şəxs kimi Putini qane edən insanlardan biridir. Kreml bu fiqura tamamilə nəzarət edir və o, həmçinin Donbasın həm işğal edilmiş, həm də işğal edilməmiş hissəsində əhalinin müəyyən hissəsi tərəfindən qanuni lider kimi qəbul edilir”, - Tımçuk bildirib.
Qeyd edək ki, daha əvvəl separatçıların “Şərq” qruplaşmasının sabiq komandiri Aleksandr Xodakovski “LXR” və “DXR”in birləşdirilməsinin mümkünlüyündən danışıb.
Ömər
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi






.jpg)











.jpg)



















