
Misir təhlükəsizlik qüvvələrinin İsmailiyyə əyalətində apardığı antiterror əməliyyatı zamanı silahlı müqavimət göstərmiş dörd terrorçu məhv edilib.
Yerli KİV-lərin güc strukturlarına istinadla yaydığı məlumata görə, bundan əvvəl təhlükəsizlik qüvvələri Sinay yarımadasından qaçaraq İsmailiyyədə gizlənən cinayətkarlar barədə məlumat əldə ediblər. Onların məqsədi gələcəkdə İsmailiyyədə terror aktları törətmək olub.