NATO baş katibi Almaniya və Türkiyəyə çağırış etdi
Bizi izləyin

Dünya

NATO baş katibi Almaniya və Türkiyəyə çağırış etdi

NATO baş katibi Almaniya və Türkiyəyə çağırış etdi

NATO baş katibi Yens Stoltenberq rəsmi Ankaranın alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoymasından narahat olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə Alyans sədri Yens Stoltenberqin Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ilə görüşündən sonra NATO nümayəndəsi bildirib.

“Ümid edirik ki, Almaniya və Türkiyə, səfərin hər iki tərəf üçün münasib olan tarixini razılaşdıra biləcəklər”, - deyə NATOnümayəndəsi bildirib.

NATO-nun narahatlığı Almaniya hərbi kontingentinin Konyadakı bazadan mümkün çıxarılmasından narahatdır.

Qeyd edək ki, keçən bazar Almaniyanın 260 nəfərdən ibarət hərbi kontingentinin “İncirlik” bazasından çıxarılması prosesinə başlanılıb. Rəsmi Ankara isə alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoyub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm