Türkiyə bunu etsə, Avropanın qapısı bağlanacaq - Yunker
Bizi izləyin

Dünya

Türkiyə bunu etsə, Avropanın qapısı bağlanacaq - Yunker

Əgər Türkiyədə edam cəzası bərpa edilərsə, AB-nin qapısı bu ölkənin üzünə bağlanacaq.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Jan Klod Yunker “Bild am Sontaq” qəzetində qələmə aldığı məqaləsində qeyd edib.

Avropalı diplomat Türkiyənin hələ də Avropa üçün böyük önəm daşıdığını bildirib:

“AB qonşusunda sabitliyin, demokratiyanın və iqtisadi böyümənin olmasını istəyir. Türkiyənin AB-dən uzaqlaşmasını yox, yaxınlaşmasını istəyirəm. AB-yə qoşulan hər kəs dəyərlər birliyinə daxil olmuş olur”.

Yunker ötən il 15 iyulda baş verən çevriliş cəhdi ilə bağlı yayılan kadrlardan dərin kədər hissi keçirdiyini də əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm