Dünya
Tramp Rusiyaya qarşı sanksiya qanununu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bir gün əvvəl vitse-prezident Mayk Pensə istinadən D. Trampın sanksiyalar barədə qanunu imzaladığı barədə xəbər yayılıb. Lakin az sonra bu xəbər təkzib edilib və M. Pensin prezidentin qanunu tezliklə imzalayacağını söylədiyi açıqlanıb.
Xatırladaq ki, iyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur. Obama dövründə prezident fərmanı ilə tətbiq olunmuş sanksiyalar isə qanun halına salınır. Bundan sonra prezident sanksiyaları yalnız Konqresin icazəsi ilə ləğv edə bilər. (apa)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR