Quran müəllimindən qız şagirdlərinə qarşı İYRƏNC HƏRƏKƏT
Bizi izləyin

Dünya

Quran müəllimindən qız şagirdlərinə qarşı İYRƏNC HƏRƏKƏT

Faktla bağlı istintaq tədbirləri aparılır.

Türkiyənin Samsun şəhərində H.A adlı Quran kursu müəllimi 5 qız şagirdinə təcavüz etdiyi üçün həbs olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Samsunun Alaçam qəsəbəsində olub. Qızlar kursa getmək istəmədikləri üçün ailələri şübhələnib. Valideynlərinin israrlı tələblərindən sonra qızlar müəllim tərəfindən təhqir olunduqlarını, seksual xarakterli hərəkətlərə məruz qaldıqlarını bildiriblər.

Hadisə ilə bağlı polisə şikayət edilib. H.A həbs edilib. Faktla bağlı istintaq tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm