Dünya
İŞİD Avstraliya limanına girdi: Terror əməliyyatları dünyanı cənginə aldı
Avstraliya polisi Sidney şəhərində yerləşən hava limanında aparılan axtarış əməliyyatları zamanı iki İŞİD terrorçusunu həbs edib.
Publika.az xəbər verir ki, polis terrorçu qardaşların Türkiyədə gizlənən bir İŞİD liderinin göndərdiyi bombalarla sərnişin təyyarəsinə edəcəyi hücumun qarşısını alıb.
Hücum Birləşmiş Ərəb Əmirliklərinin “Etihad” şirkətinə məxsus sərnişin təyyarəsini hədəfləyibmiş.
Avstraliya Federal Təhlükəsizlik Müdirliyinin nümayəndəsi Maykl Pelan məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, 49 yaşlı Xalid Həyat və 32 yaşlı Mahmud Həyat adlı cinayətkarlar sərnişin təyyarəsilə yanaşı, qapalı ictimai məkanda zəhərli kimyəvi maddə yayaraq ikinci hücumun hazırlığını da aparıblar. Müavin bütün bu hücumların İŞİD terror təşkilatından ilhamlanaraq və təlimatlandırılaraq həyata keçirildiyini deyib.
Polis cinayətkarların bombaları ətçəkən maşınının içinə yerləşdirdiyini təsbit edib. Onlar maşını gizli olaraq başqa bir sərnişinin çantasına qoyub. Çanta ağır olması səbəbilə qeydiyyat əsnasında baqaja göndərilib. Burada keçirilən yoxlama zamanı da bombalar aşkar edilib.
Polis məsələ ilə bağlı şübhəli şəxs qismində 4 nəfəri həbs edib. Onlardan ikisi ifadə verdikdən sonra sərbəst buraxılıb. Cinayətkar qardaşların isə məhkəmə prosesi davam etməkdədir. Onların ömürlük həbs cəzasına məhkum ediləcəyi ehtimal edilir.
Zümrüd
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR