12 il həbs tələb edilən "Samsunq" vəliəhdinə hökm oxundu
Bizi izləyin

Dünya

12 il həbs tələb edilən "Samsunq" vəliəhdinə hökm oxundu

Məhkəmə prosesi yekunlaşıb.

Cənubi Koreyada davam edən məhkəmə prosesi nəhayət yekunlaşıb.

Publika.az xəbər verir ki, nəhəng “Samsung” şirkətinin vitze-prezidenti və vəliəhdi Li Çae-Yanqı rüşvət və digər korrupsiya əməllərində ittiham olunurdu.

Prokurorun 12 il tələbinə rəğmən, dünyanın ən böyük smartfon istehsalçısı 5 il azadlıqdan məhrum edilib.

Aylarla davam edən məhkəmə prosesi Cənubi Koreyanın ən zəngin ailələrindən olan Yanq ailəsinə ağır zərbə oldu.

49 yaşlı Li atasının vəfatından sonra yəni, 2014-cü ildə şirkətə rəhbər vəzifəsinə təyin olunub.

Hökm oxunduqdan sonra "Samsung"-un hissə dəyərləri 1,1% aşağı düşüb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm