İŞİD-in ən yaxşı dəstəsi məhv edildi
Bizi izləyin

Dünya

İŞİD-in ən yaxşı dəstəsi məhv edildi

Suriya hökumət ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə Yevfrat çayı vadisində "İslam dövləti" döyüşçülərinin böyük bir qruplaşmasını darmadağın edib.

Publika.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Əməliyyat nəticəsində 800-dən çox ekstremist məhv edilib. Bundan başqa, Suriya ordusu İŞİD-in 13 tankını, böyuk kalibrli pulemyotlar quraşdırılmış 39 pikapını, eləcə də 9 minaatanını və artilleriya topunu tam sıradan çıxarıb.

Məlumatda o da qeyd olunub ki, məhv edilən dəstə terrorçuların ən yaxşı silahlarla təchiz olunmuş və xüsusi hazırlıqlar keçmiş qruplaşmalarından biri idi.

Xəbərdə həmçinin vurğulanıb ki, indi ordu Yevfrat çayının şərq sahili boyunca Deyr-ez-Zor istiqamətində hücumlarını davam etdirir. Hədəf şəhəri mühasirədən çıxarmaq və Suriya torpağındakı İŞİD terrorçularının son qalasını tam məhv etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm