ABŞ-da böyük şəhər su altında qaldı
Bizi izləyin

Dünya

ABŞ-da böyük şəhər su altında qaldı

ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) “Harvi” qasırğası səbəbindən su altında qalıb.

Publika.az xəbər verir ki, bunu Hyustonun meri Silvestr Terner bəyan edib

Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.

Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm