Məhkəmə təzavüz olayı ilə ölkəni qarışdıran aktyorla bağlı qərar çıxardı
Bizi izləyin

Dünya

Məhkəmə təzavüz olayı ilə ölkəni qarışdıran aktyorla bağlı qərar çıxardı

2002-ci ildə iki qadına təcavüz etdiyi iddia edilən Hindistanın tanınmış müğənnisi, aktyoru və rejissoru Ram Rahim Sinqə məhkəmədə hökm oxunub.

Publika.az xəbər verir ki, həm də "Decha Sacha Sauda" adlı dini təriqətin lideri hesab edilən 50 yaşlı Ram Rahim Sinq məhkəmə qarşısına çıxıb. Təcavüz iddiaları sübut olunan aktyor 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı Sinq tərəfdarlarını ayağa qaldırıb. Şəhərdə hakimiyyət orqanları ilə tərəfdaşlar arasında yaşanan münaqişələrdə 38 nəfər ölüb, 300 nəfər yaralanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İxtişaşların aradan qaldırılması üçün şəhərlərdə təhlükəsizlik tədbirləri artırılıb. Təriqətin mərkəzi sayılan Haryana əyalətinin Ser rayonu ilə Pencab əyaləti daxil olmaqla bir çox bölgədə, insanların küçəyə çıxmasına qadağa qoyulub.

Hadisə ilə bağlı ölkədə 48 saat müddətinə internetdən istifadə qadağan edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm