Kim Çen In Pxenyanın təxliyyəsinə başladı - KƏŞFİYYAT
Bizi izləyin

Dünya

Kim Çen In Pxenyanın təxliyyəsinə başladı - KƏŞFİYYAT

Hazırda təxliyyə aparılır.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtında hazırda təxliyyə aparılır.

Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreya kəşfiyyatındakı anonim mənbəyə istinadən “The Daily Star” nəşri bildirib.

Mənbə qeyd edib ki, Kim Çen In rejimi üçün təhlükə ola biləcək insanlar, o cümlədən hakimiyyətdən narazı vətəndaşlar, daha əvvəl məhkumluğu olan şəxslər və işsizlər paytaxtdan çıxarılır.

Xatırladaq ki, KXDR avqustun 29-da Yaponiyaya tərəf növbəti raket buraxıb. Raket Yaponiyanın Xokkaydo adasından şərqdə Sakit okeana düşüb. 2,7 min kilometr uçan raketin uçuş hündürlüyü 550 kilometrə çatıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm