Dünya
“Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik çəkirəm”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühafizəçilərinə qarşı cinayət işi açılmasına münasibət bildirib.
Bu gün İstanbulda bayram namazından sonra jurnalistlərin
suallarını cavablandıran R. T. Ərdoğan bu hadisəni skandal kimi
qiymətləndirib. "Bu, skandaldır. Amerikada ədalət sisteminin necə
çalışdığının çox açıq göstəricisidir. BMT Baş Assambleyasına gələn
qonaqları ABŞ-ın təhlükəsizlik orqanları qorumalıdır. ABŞ üzərinə
düşən bu məsuliyyəti yerinə yetirmirsə, orada bizə hücum edən PKK
terror təşkilatı mənsublarına qarşı mənim mühafizəçilərim öz
vəzifəsini yerinə yetirməyəcəkmi? Onlar da, təbii ki, bu hücumlar
qarşısında öz vəzifələrini yerinə yetirdilər".
R. T. Ərdoğan cinayət işinin açılmasında Obama dövründə təyin
olunmuş prokuroru günahlandırıb: "Orada Obama dövründən qalma
prokuror var, belə bir ittihamnamə hazırlaması bizi maraqlandırmır.
Bundan sonrakı səfərimizdə orada fürsət olarsa, hörmətli Trampla
ayrıca görüşəcəyik. Hazırda Xarici İşlər və Ədliyyə nazirliklərimiz
lazımi danışıqları davam etdirirlər. Lakin Amerikadakı bu hadisələr
yaxşı deyil. Amerika hələ də FETÖ rəhbərinin qorunduğu bir ölkədir.
Amerika hətta PKK terror təşkilatını qoruyan bir ölkə səviyyəsinə
düşüb. Mən Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik
çəkirəm".
Qeyd edək ki, ABŞ-da R. T. Ərdoğanın may ayında Vaşinqtona səfəri
zamanı Türkiyə səfirliyi qarşısında baş vermiş hadisə ilə əlaqədar
Türkiyə prezidentinin 15 mühafizəçisinə qarşı cinayət təqibi
başlayıb. (APA)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu