Bərzani SON SÖZÜNÜ DEDİ: “Referendum...”
Bizi izləyin

Dünya

Bərzani SON SÖZÜNÜ DEDİ: “Referendum...”

Təzyiqlərə baxmayaraq, muxtariyyətin müstəqilliyi haqqında referendum təxirə salınmayacaq.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani mitinqdə deyib.

Onun sözlərinə görə, referendum nəzərdə tutulan vaxtda - sentyabrın 25-də keçiriləcək.

Bərzani region sakinlərini sentyabrın 25-də seçki məntəqələrinə gələrək öz seçimini etməyə çağırıb.

Daha əvvəl Bərzani ilə görüşdə ABŞ, Fransa, Almaniya və BMT-nin nümayəndələri referendumun təxirə salınmasını təklif edib. Həmçinin Ankara Bərzaninin ağır nəticələrlə üzləşə biləcəyini bildirib. Lakin kürd siyasətçi referendumu təxirə salmaqdan imtina edib.

Referendumun keçirilməsinə həmçinin Ərəb Dövlətləri Liqası qarşı çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm