Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı (YENİLƏNDİ)

Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib gəlib.

Bu barədə Almaniya MSK-nın məlumatında bildirilir.

Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.

Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%), Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.

Qeyd edək ki, Sosialist Demokrat Partiyası 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən sağçı Almaniya üçün Alternativ Partiyası isə tarixində ən yüksək göstəriciyə nail olub. Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.

***

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiya alyansı 32,5% səs çoxluğu ilə parlament seçkilərində qalib gəlib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə 20 faiz səs toplamaqdadır.

Həmçinin siyahıda 13,5% səslə üçüncü yerdə qərarlaşan "Almaniya üçün Alternativ" sağçı partiyası ilk dəfə olaraq Bundestaqa daxil olmaq üzrədir.

"Exit poll"un nəticələrinə görə, parlamentə ümumilikdə 6 partiya keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm