Yağış yağmadığına görə mollanı öldürdü
Bizi izləyin

Dünya

Yağış yağmadığına görə mollanı öldürdü

Türkiyənin Bursa şəhərində pul qarşılığında dua yazdığı iddia edilən adam qətlə yetirilib.

Publika.az xəbər verir ki, 59 yaşlı Hayri A. adlı sakin 64 yaşlı Engin S. adlı mollaya dua yazdırıb.

Onun dua yazdırmasına səbəb isə bölgəyə uzun müddətdən bəri yağış yağmaması olub. Duanın işə yaramadığını görən Hayri mollanın evinə gedərək onu balta ilə qətlə yetirib.

3 balta zərbəsi alan zərərçəkən Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayətkar bölgə jandarmı tərəfindən həbs edilib. Faktla bağlı tədqiqat işləri davam etdirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm