Dünya
Kiyevdəki ölümlərdən NATO snayperinin iyi gəlir
Kiyevin Qruşevski küçəsində toqquşmalar zamanı ölənlərdən biri NATO snayperinin qurbanı olma ehtimalı var.
Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Regionlar Partiyasından olan deputatı Yevgeni Balitski bildirib.
"Nümayişçilərdən biri snayper tərəfindən öldürülmüş ola bilər. Söhbət NATO ölkələrindən birinin peşəkar muzdlusundan gedir. Hansı ki, o müxalifətin radikal qanadının sifarişi ilə gətirilə bilər. Bu gün Ukraynanın bütün vətəndaşları əmin oldular ki, qanun keçikçiləri və dinc vətəndaşlara hücum edən siyasi ekstremistlər və terrorçular bütün Ukrayna cəmiyyətini hədələyir”, - Y.Balitski vurğulayıb.
Bir neçə gün öncə isə yazıçı-publisist, konsfuroloq Həmid Herisçi bizimlə söhbətində Ukraynadakı son hadisələri şərh edərkən bugünkü Kiyevdəki hadisələrin 20 Yanvar faciəsinin ssenarisi ilə yenidən səhnələşdirildiyini bildirmişdi.
“Bunu təbii qarşılamaq lazımdır. Xüsusi xidmət orqanları təzə siyasi olayları həmişə sınanılmış nümunələr əsasında hazırlayırlar. Məncə Kiyevdəki hadisələr Amerika respublikaçılarının nəzarəti altındakı tam məxfi diversiya qrupları tərəfindən həyata keçirilir. Onlar hələ 24 il əvvəl də oxşar təxribatları Bakıda törətmişdilər. NATO-nun tərkibindəki bu gizli təxribat qurumlarının ümumi şərti adı "Qladio"dur”, - H.Herisçi söyləmişdi.
Ömər Dağlı
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR