Türkiyə İraqın şimalında PKK-nı bombaladı
Bizi izləyin

Dünya

Türkiyə İraqın şimalında PKK-nı bombaladı

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalın Metina rayonunda PKK terrorçularının mövqelərinə hava zərbələri endirib.

Hava zərbələri nəticəsində terrorçuların sığınacaqları, silah və döyüş sursatı anbarları məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm