Amerikalı generaldan Rusiyaya qarşı "hərbi Şengen” TƏKLİFİ
Bizi izləyin

Dünya

Amerikalı generaldan Rusiyaya qarşı "hərbi Şengen” TƏKLİFİ

Avropa ölkələri Rusiyanın qarşısının daha effektiv alınması üçün “hərbi Şengen”in yaradılması haqqında razılaşmalıdır.

Publika.az “Assişieyted Press” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrin komandanı general-leytenant Ben Hoces bildirib.

Generalın sözlərinə görə, silahlar və hərbi yüklərin Avropa ölkələrinin sərhədləri ilə nəqli üzrə xüsusi qaydalar qüvvədə olmalıdır. Amerikalı hərbçi bildirir ki, bu qaydalar NATO güclərinin daha sürətli yerdəyişməsinə imkan verməlidir.

“Potensialımızın daha effektli olmasını istəyiriksə, ittifaq qüvvələri Rusiyanın silahlı qüvvələri ilə müqayisədə daha sürətli hərəkət etmək imkanına malik olmalıdır”, - general vurğulayıb.

Qeyd edək ki, Şengen zonası Lüksemburqun Şengen şəhərində 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən 25 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazidir. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 25 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər.

Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstan Şengen zonasının ölkələridir. Avropa İttifaqına daxil olan 5 ölkə - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyillər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm