ABŞ əsgərləri pusquya düşdü: 3 ölü, 2 yaralı
Bizi izləyin

Dünya

ABŞ əsgərləri pusquya düşdü: 3 ölü, 2 yaralı

Nigeriyanın cənub-şərqində Afrika ilə ABŞ-ın ortaq hərbi avtomobil karvanı pusquya düşüb.

Publika.az xəbər verir ki, Nigerin cənub-şərqində ABŞ hərbçilərinə qarşı təşkil olunan silahlı hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Pusqunun hansı təşkilat tərəfindən təşkil edilməsi hələ ki, təsbit edilməyib.

Hadisə ilə bağlı ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığından heç bir cavab gəlməyib.

ABŞ-ın Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada ABŞ əsgərlərinin Nigeriya xalqına sabitlik və təhlükəsizliyi təmin etməkdə yardımçı olmaq məqsədilə həmin ölkəyə getdiyi bildirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm