
Rusiya Türkiyədən casusunu almaq üçün yalan danışıb.
Publika.az xəbər verir ki, İstanbulda çeçen komandir Vahid
Edelqiriyevi öldürən qrupun üzvləri olan 2 rus casus ötən il
Türkiyə Milli İstihbarat Təşkilatı tərəfindən tutulub. Casuslardan
biri Aleksandr Smirnovun 2000-2011-ci illərdə 7 çeçeni öldürdüyü
ortaya çıxıb.
Rusiyalı rəsmilər bir neçə gün öncə bir ildir İstanbulda həbsdə
olan Smirnovun qaytarılmasını istəyib. Ruslar casuslarını almaq
üçün oyun oynayıblar. Belə ki, onlar həbsdə olan şəxsin Smirnov
yox, rus iş adamını qətlə yetirən “Validol” ləqəbli Valid
Lurahmayev olduğunu və Rusiya tərəfindən qırmızı bülletenlə
axtarıldığını iddia ediblər. İddiaya görə, V.Lurahmayev Smirnov
adına saxta pasportla Türkiyəyə daxil olub.
Türkiyə kəşfiyyatı isə araşdırma apararaq, rusların yalan
danışdığını və həbsdə olan şəxsin - V. Lurahmayevin məhz casus
Aleksandr Smirnov olduğunu aşkarlayıblar. Smirnovun barmaq izləri
də rusların yalan dediyini təsdiq edib. Məsələ ilə bağlı Rusiyaya
rəsmi məlumat verilib.
Türkiyə mediası isə baş verənləri baş rollarda Bred Pitt və Robert
Redfordun oynadığı “Casus oyunu” ("Spy Games") filmi ilə müqayisə
edib. Filmdə Çində həbsdə olan Amerika casusunun xilası üçün eyni
metoda əl atılır.
Asif