İdlibdə razılaşma: Türkiyə ilk hədəfinə ÇATDI
Bizi izləyin

Dünya

İdlibdə razılaşma: Türkiyə ilk hədəfinə ÇATDI

Azad Suriya Ordusu ilə “Heyet Tehrir El Şam” (HTŞ) arasında gedən danışıqlarda İdlib vilayəti üzrə razılıq əldə edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, razılaşma çərçivəsində HTS Afrinlə həmsərhəd olan İdlibin şimalını Azad Suriya Ordusuna təhvil verəcək.

İdlib-Afrin sərhədindəki üç nöqtə və Suriya rejim əsgərlərinin olduğu sərhəd xətti də Türkiyə ordusuna veriləcək.

Müqavilə ilə bu bölgədəki HTŞ-nin silahlı qrupları, Darit İze qəsəbəsi və kəndlərindən şərqə doğru şəkilməyə başlayıb.

Türkiyənin əsas hədəfinin PYD-nin (PKK terror təşkilatının Suriya qanadı –red.) yerləşdiyi Afrindir. İdlib əməliyyatı ilə Aftrin tamamilə mühasirəyə alınacaq. Daha sonra isə Türkiyə sərhədindəki YPG təhdidi tamamilə aradan qaldırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm