Kataloniya rəhbərliyi müstəqillik haqqında bəyannamə imzaladı
Bizi izləyin

Dünya

Kataloniya rəhbərliyi müstəqillik haqqında bəyannamə imzaladı

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən deputatlar da imzalayıblar.

Qeyd edək ki, Karles Puçdemon bundan əvvəl Kataloniya deputatlarının qarşısında çıxışı zamanı parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.

K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm