Dünya
Moskva ABŞ Baş konsulluğunu bağlamağa hazırlaşır

ABŞ-ın Rusiyadakı Baş konsulluqlarından biri bağlana bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Georgi Borisenko bildirib.
Diplomat qeyd edib ki, Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ətrafında vəziyyətlə əlaqədar cavab ölçülərinin müxtəlif variantlarına baxır.
“Moskvanın cavabına gəlincə, biz artıq açıq şəkildə dedik ki, diplomatiyada qarşıqlılığın dəyişməz prinsipi mövcuddur. Bu haqda amerikalılar da əla bilirlər”, - agentlik Borisenkonun sözlərini sitat gətirib.
O həmçinin ABŞ-dan Rusiyada fəaliyyət göstərən diplomatik kontingentin sayının 300-ə endirilməsini istəyə biləcəklərini açıqlayıb. ABŞ və Rusiya arasındakı diplomatik qalmaqaldan sonra iyul ayında rəsmi Moskva Birləşmiş Ştatlardan diplomatik heyətin 60 faizini azaldaraq 455-ə endirməsini istəmişdi.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Bu məhdudiyyətlərə əsasən, San-Fransiskodakı Rusiya Baş konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanıb.
Ömər Dağlı

-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi
-
Nida Xəbər 28 Aprel 18:55
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian