• USD 1,7000 0,00% EUR 2,0697 +0,19%
    • GBP 2,4069 -0,03% RUB 0,0231 +0,87%

Ərdoğan türk imperiyasından danışıb MEYDAN OXUDU: “Bir gecə qəfil gələcəyik və...”

  • Dünya
  • 18 Oktyabr 2017 17:18
  • 5 742 Baxış
Ərdoğan türk imperiyasından danışıb MEYDAN OXUDU: “Bir gecə qəfil gələcəyik və...”

“Türkiyə terror mühasirəsi ilə qarşı-qarşıyadır”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Onun sözlərinə görə, bu terror mühasirəsi böyük bir ssenarinin tərkib hissəsidir.

“Türkiyə FETÖ, PKK, İŞİD kimi terror qruplaşmaları ilə mübarizə aparır. Terror mühasirəsi ilə qarşı-qarşıyayıq. Bölgəmizdəki digər ölkələrdə oynadıqları oyunu bizə də tətbiq etməyə çalışdılar, amma məqsədilərinə çata bilmədilər. Bir müddətdir yeni və daha böyük bir ssenari ilə üz-üzəyik. Məqsədi ölkəmizi bölməkdir”, - deyə o bildirib.

Ərdoğan daha sonra sətiraltı olaraq, keçmiş Osmanlı imperiyasının sərhədlərində yaşayan xalqlardan bəhs edib.

“Türkiyə sadəcə 80 milyondan ibarət deyil. Türkiyənin ən böyük gücü geniş bir coğrafiyada ortaq tarixi keçmişlə bağlı olduğu yüz milyonlarla qardaşının olmasıdır. Sancaqda, Novi bazarda qardaşlarımızın sevgisini izləmisiniz. Bu, əslində tarixin bizə yükləmiş olduğu həyəcan, coşqudur. Ankaranın şərqindəki və şimalındakı bütün coğrafiyalar qəlbimizin bir hissəsi, qərbindəki və cənubundakı bütün coğrafiyalar isə digər hissəsidir. İnsan qəlbini parçalaya bilərmi? Qazi Mustafa Kamal Kərkükə qədər xətti cızmadımı? Kərkük türkmanları orada deyildimi? Mosulda deyildimi?”, - deyə Ərdoğan Balkanlara səfərini xatırlayıb, həmçinin, Osmanlı imperiyasının sərhədlərinə işarə edib.

Türkiyə prezidenti daha sonra Şimali İraqda kürd muxtariyyətinin rəhbərliyinə səslənib: “Birinci Körfəz müharibəsində Şimali İraqdakı kürd qardaşlarımıza sərhədi açdıq. Eyni zamanda, İraqdan qaçan 250 min insana da qapılarımızı açdıq. Şimali İraq Kürd Muxtariyyəti ilə illər boyunca çox yaxşı əməkdaşlıq etdik. Maliyyə məsələsində çətinlik çəkdilər, “məmurlarımızın maaşını ödəyə bilmirik” dedilər. Bizdən kredit istədilər, böyük kredit verdik. Bu gün Türkiyə niyə sərhədini bağlayır? Bu suala cavabı onlar verməlidir. Məsələni bu nöqtəyə biz yox, onlar gətirdilər. Bölgənin fərqli kimliyini nəzərə almadan, maraq arxasında qaçanlar tarix önündə cavab verəcəklər. “Kərkük mənimdir” deyil. Axı sənin nə işin var Kərkükdə? Biz orada PKK-ya, İŞİD-ə, Suriyada isə YPG-yə aman verməyəcəyik. Biz gecə qəfil gələrik, lazım olanı edərik. İdlibdə etdik. Bundan sonra da edərik. Biz mərkəzi İraq hökumətinə ehtiyac olanları göndərəcəyik, mərkəzi hökumət də Şimali İraqa yardım edəcək. Oradakı xalq da onlara lazımı dərsi verməlidir. Kürd qardaşlarımızın öz gələcəkləri üçün ən doğru qərarı verəcəklərinə inanıram”.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR